İranın ali lideri Əli Xameneinin səhhəti pisləşib?! - FOTO

“İranın ali rəhbəri Əli Xameneinin səhhəti pisləşib”.
BAKU.WS “Azad İran” teleqram kanalına istinadən xəbər verir ki, bu barədə iranlı müstəqil jurnalist Əli Cavanmərdi özünün tviter hesabından məlumat verib.
O, tibb sahəsində xüsusi mənbələrə istinadla bildirib ki, İİR ali rəhbəri Tehranın “Rəcayi” xəstəxanasında açıq ürək əməliyyatı keçirib və komaya düşüb.
Cavanmərdi əməliyyat əsnasında tibb müəssisəsinin kardioloji və digər bölmələrinin bütün personalının çıxarıldığını və tibb işçilərinin xəstəxanaya girişinin qadağan edildiyini vurğulayıb.
“Görəsən, Xamenei artıq ölüb, yoxsa ölüm ayağındadır?” - deyə jurnalist sonda soruşur.
Oxşar xəbərlər
Xameneinin səhhəti pisləşib? - FOTO
Bir sıra xarici media orqanlarında İranın rəhbəri Əli Xameneinin vəziyyətinin ağırlaşdığı bildirilir. BAKU.WS “Azad İran” “Telegram” kanalına istinadla xəbər ve...