SİZİN REKLAM BURADA!
055 213 76 73


Ukraynanın Mirqorod şəhərinin Tarix Muzeyində 44 günlük Vətən müharibəsinin başlanmasının ildönümü münasibətilə “Azərbaycan guşəsi” açılıb.

BAKU.WS xəbər verir ki, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin (BUAK) Mirqorod şəhər təşkilatının təşəbbüsü və təşkilatçılığı ilə muzeydə yaradılan guşədə 44 günlük Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələrinin Gəncə, Bərdə, Tərtər və digər şəhərlərə raket hücumları nəticəsində həlak olan mülki şəxslərlə bağlı, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin işğaldan azad olunan ərazilərə səfərlərini, Ordumuzun qəhrəmanlığını əks etdirən fotolar, məlumat kitabçaları sərgilənir.

BUAK-ın Mirqorod şəhər təşkilatının sədri Zamir İsmayılov AZƏRTAC-a bildirib ki, muzeydə 44 günlük Vətən müharibəsi ilə bağlı “Azərbaycan guşəsi”nin yaradılması artıq ənənə halını alıb. Belə ki, 2021-ci ilin müvafiq dövründə də bu guşə fəaliyyət göstərib.

Mirqorod Tarix Muzeyində 44 günlük Vətən müharibəsi ilə bağlı “Azərbaycan guşəsi” 10 gün müddətində fəaliyyət göstərəcək.

BAKU.WS
QALEREYA