SİZİN REKLAM BURADA!
055 213 76 73


Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ermənistanlı həmkarı Nikol Paşinyanla görüşüb.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, təkbətək görüşdə baş nazirlər iki ölkə arasında əməkdaşlığın gündəliyidə olan əsas məsələləri nəzərdən keçiriblər.

Məlumata görə, söhbət zamanı Gürcüstan və Ermənistan arasında ticari-iqtisadi, nəqliyyat, logistika və mədəniyyət sahələrində mövcud əməkdaşlıq əlaqələrinə toxunulub. İrakli Qaribaşvili İrəvanda baş verən partlayışla əlaqədar Nikol Paşinyana başsağlığı verib.

Görüşdə, o cümlədən Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin Tbilisidə keçirilən görüşünə, regionda sülh və sabitliyin təşviqində Gürcüstanın rolu və səylərinə diqqət yetirilib.

Vurğulanıb ki, Qaribaşvili və Paşinyan regionda hazırki vəziyyətdən danışıblar.

BAKU.WS