SİZİN REKLAM BURADA!
055 213 76 73


"6 aydır davam edən müharibə görüşümüzün əsas mövzusu oldu. Ukraynanın ərazi bütövlüyünə və azadlığına dəstəyimizi bir daha ifadə etdik".

BAKU.WS "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan BMT baş katibi Antonio Quterreş və Ukrayna prezidenti Volodimir Zelenski ilə birgə keçirdiyi mətbuat konfransında çıxışı zamanı bildirib.

"Dünən gecə Xarkovda olan hava hücumu zamanı 9 mülki şəxsin ölməsi, 35 nəfərin yaralanması ilə əlaqadar başsağlığı verdim. Türkiyə olaraq bir yandan müharibənin diplomatik yolla həll olunması üçün səy göstərərkən, digər tərəfdən ukraynalı dostlarımızın yanında olduq və olmağa davam edəcəyik", - deyə Ərdoğan əlavə edib.

BAKU.WS