Vyetnam yüksək sürətli dəmir yolu tikir - Məbləğ 60 mlrd. dollara çatır

Vyetnam 58,7 milyard dollara başa gələcək və bütün ölkəni əhatə edəcək yüksək sürətli dəmir yolunun tikintisini nəzərdən keçirir.
BAKU.WS “Report”a istinadən xəbər verir ki, ölkənin Nəqliyyat Nazirliyi gələn ay Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosuna 1545 km dəmir yolunun tikintisi ilə bağlı təklif təqdim edəcək.
Regional istehsal mərkəzi olan Vyetnam sürətlə inkişaf edən iqtisadiyyatını dəstəkləmək üçün nəqliyyat infrastrukturuna investisiyaları artırır. Ümumi uzunluğu 665 km və ümumi sərmayəsi 24,72 milyard dollar olan ilk iki hissə 2032-ci ilə qədər nəqliyyat üçün açıq olacaq.
Oxşar xəbərlər
Bu il milyarder ruslar 60 milyard dollar kasıbladılar, siyahıda Vahid Ələkbərov da var
Rusiyanın ən zəngin iş adamlarının sərvəti 2022-ci ilin əvvəlindən 60,25 mlrd. dollar azalıb. BAKU.WS TASS agentliyinə istinadən xəbər verir ki, "Bloomberg"in a...
