ABŞ-ın Kiyevdəki səfirliyi amerikalıları Ukraynanı tərk etməyə çağırdı

ABŞ-ın Kiyevdəki səfirliyi amerikalıları Ukraynanı tərk etməyə çağırdı
Siyasət 98

ABŞ-ın Kiyevdəki səfirliyi Ukraynadakı vətəndaşlarını təhlükəsizlik baxımından ölkəni tərk etməyə çağırıb.

BAKU.WS APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə diplomatik nümayəndəliyin cümə axşamı yaydığı xəbərdarlıqda deyilir:

“ABŞ səfirliyi Amerika vətəndaşlarını Ukraynaya daxil olmamağa, Ukraynada olanları isə yerüstü nəqliyyat vasitələrindən istifadə edərək dərhal tərk etməyə çağırır”.

ABŞ səfirliyi həmvətənlərini dəstə şəklində toplaşmağa qoşulmaqdan çəkinməyi xahiş edib.

Bildirişin başlığında Ukraynadakı raket təhlükəsinin olduğu bildirilir.

Son xəbərlər