NATO-nun keçmiş komandanı Ukraynaya Krım körpüsünü partlatmağı məsləhət gördü

NATO-nun Avropa Ordusunun keçmiş komandanı, general Filip Bridlav Ukrayna Silahlı Qüvvələrinə (ASQ) Rusiyanı zəiflətmək üçün növbəti hədəfə diqqət yetirməyi tövsiyə edib.
BAKU.WS "Oxu.az"a istinadən xəbər verir ki, alyansın keçmiş komandanının sözlərinə görə, Kiyev Kerç boğazından keçən Krım körpüsünə hücum edə bilər. General körpüyə ABŞ-ın iyun ayında Ukraynaya tədarük etdiyi “Harpun” gəmi əleyhinə raketləri ilə zərbə endirməyi məsləhət görüb.
Bridlavın fikrincə, Ukraynanın Krım körpüsünə hücumu tamamilə haqlıdır. O, Kramatorskdakı dəmiryol vağzalına vurulan zərbəni xatırladıb.
“Kerç körpüsü - qanuni hədəfdir”, - deyə general fikrini yekunlaşdırıb.
Oxşar xəbərlər
Rusiya Ukraynanın 20%-ni işğal edib, 13 milyard dollarlıq hərbi texnikasını itirib
Rusiyanın Ukraynada işğal etdiyi ərazilər ölkənin 20%-ni təşkil edir. BAKU.WS "Report"a istinadən xəbər verir ki, hesablamanı “Forbes” nəşri aparıb. Nəşrin məlu...
