Gürcüstan buğdanın ölkədən ixracına qadağa qoydu

04
iyl
2022
16:20
Gürcüstan hökumətinin qərarına əsasən, bu gündən etibarən 4 iyul 2023-cü il tarixinədək ölkədən buğda və arpa ixracı qadağan edilib.
BAKU.WS "unikal"a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın yerli KİV-lərində qeyd olunub.
Bir neçə gün əvvəl Gürcüstanın Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Naziri Otar Şamugia bu qərarın səbəbinin ölkənin ərzaq təhlükəsizliyini təmin etmək olduğunu açıqlamışdı.
Nazirin sözlərinə görə, yerli istehsal olunan buğda və arpanın yalnız daxili bazarda satılması vacibdir.
Oxşar xəbərlər
Gürcüstanda unikal şüşəli körpü istifadəyə verildi
Gürcüstanın Kvemo-Kartli bölgəsinin Tsalka rayonunda Daşbaşı kanyonu üzərində 240 metrlik şüşə körpü açılıb. BAKU.WS “Report”a istinadən xəbər verir ki, mərasim...
