Buğdanın qlobal qiymətləri 14 il əvvəlki maksimuma çatdı

Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibə fonunda buğdanın qiymətləri son 14 ilin maksimal həddinə çatıb.
BAKU.WS “Report”a istinadən xəbər verir ki, bu kənd təsərrüfatı məhsulunun qiyməti 1 kiloqram üçün 0,33 ABŞ dollarını keçib.
Məlumata görə, bahalaşma Ukraynanın Qara dəniz limanlarından kommersiya tədarükünün dayanması ilə əlaqədardır. Belə ki, bu ölkənin payına Rusiya ilə birlikdə qlobal buğda ticarətinin təxminən üçdə biri, günəbaxan yağı ixracının 80 %-i, yemlik qarğıdalının ixracının 19 %-i düşür.
Xatırladaq ki, daha əvvəl Ümümdünya Ərzaq Proqramının rəhbəri Devid Bisli Ukraynada baş verənləri “fəlakətin zirvəsindəki fəlakət” adlandırıb. “Yaxın Şərqə tədarük edilən buğda və taxılın yarısı Rusiya və Ukraynadan gəlir”, - o qeyd edib.
Oxşar xəbərlər
Ərdoğan: “Rusiyanın qərarı qəbuledilməzdir”
“Rusiyanın bu qərarını qəbuledilməz sayırıq. Tərəfləri sağlam düşüncə və beynəlxalq hüquqa riayət etməyə çağırırıq”. “Haber Global” xəbər verir ki, bunu Türkiyə...
