VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Özbəkistanın şimal-qərbindəki Qaraqalpaqıstanda qanunsuz keçirilən aksiyanın qarşısı alınıb.

BAKU.WS “Report”a istinadən xəbər verir ki, bu barədə Özbəkistan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumatda deyilir ki, Qaraqalpaqıstan vətəndaşları Nukus şəhərində yürüşlər keçirib, bundan sonra mərkəzi Dehkan bazarının ərazisinə toplaşaraq qanunsuz nümayiş təşkil ediblər. Bunun respublikada aparılan konstitusiya islahatlarının yanlış şərh edilməsi nəticəsində edildiyi qeyd olunur.

Bildirilib ki, ictimai asayişin pozulması hallarının və vətəndaşlar tərəfindən müxtəlif hüquqpozmaların törədilməsinin qarşısının alınması məqsədilə bazara hüquq-mühafizə orqanlarının qüvvə və vasitələri cəlb edilib. Artıq ictimai asayiş bərpa olunub.

Qeyd edək ki, “Özbəkistan Respublikasının Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsi haqqında” qanun layihəsi ümumxalq müzakirəsi üçün iyunun 25-də parlament nəşrlərində dərc olunub.

Parlamentin qərarına əsasən, layihənin müzakirəsi iyulun 5-dək davam edəcək, bundan sonra layihə referenduma çıxarılacaq. Qanun layihəsində konstitusiyanın 64 maddəsinə 200-dən çox dəyişiklik nəzərdə tutulur. Onların arasında Özbəkistan prezidentinin səlahiyyət müddətinin beş ildən yeddi ilədək uzadılması, ölüm hökmünün qadağan edilməsi, ölkə vətəndaşının xarici dövlətə ekstradisiyasının qadağan edilməsi ilə bağlı bənd var.

***

22.57

Özbəkistanda kütləvi etirazlar başlayıb. Etirazlara səbəb konstitusiyaya mümkün düzəlişlər olub.

Belə ki, Özbəkistanın Qaraqalpaqıstan Respublikasında ölkə konstitusiyasına dəyişiklik edilməsi planlarına qarşı kütləvi etirazlar baş qaldırıb.

Yeni düzəlişlər sakinləri Özbəkistanın tərkibindən ayrılmaq üçün referendum keçirmək imkanından məhrum edə bilər.

Qaraqalpaqıstan Özbəkistanın ən böyük bölgəsidir və ölkə ərazisinin təxminən 40%-ni əhatə edir.

BAKU.WS
VİDEO