SİZİN REKLAM BURADA!
055 213 76 73


Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman rəsmi danışıqlar aparmaq üçün Ankaraya gedib.

BAKU.WS "Oxu.az"a istinadən xəbər verir ki, onu hava limanında vitse-prezident Fuat Oktay və digər rəsmi şəxslər qarşılayıblar. Şahzadənin rəsmi qarşılanma mərasimi isə Prezident İqamətgahı qarşısında baş tutub.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və vəliəhd şahzadə Bin Salmanın təkbətək görüşündən sonra nümayəndə heyətləri arasında görüş baş tutub.

Danışıqlardan sonra Məhəmməd Bin Salman Prezident İqamətgahında onun şərəfinə veriləcək rəsmi şam yeməyinə qatılacaq.

Qeyd edək ki, Ərdoğan aprel ayında Səudiyyə Ərəbistanına səfər edib.

BAKU.WS