SİZİN REKLAM BURADA!
055 213 76 73


Baltik dənizi regionunda iyunun 5-dən 17-dək ənənəvi “Baltops” hərbi təlimləri keçiriləcək.

BAKU.WS “report”a istinadən xəbər verir ki, təlimlər Stokholmda başlayacaq, daha sonra Baltik dənizində və regionun hava məkanında davam etdiriləcək.

Hərbi manevrlərdə NATO-nun 14 üzv ölkəsi - ABŞ, Belçika, Bolqarıstan, Danimarka, Estoniya, Fransa, Almaniya, Latviya, Litva, Böyük Britaniya, Niderland, Norveç, Polşa və Türkiyə, habelə Alyansın tərəfdaşları olan İsveç və Finlandiya iştirak edəcək.

Təlimlərə 4 mindən çox hərbçi, həmçinin dəniz desantı, 60-dan çox təyyarə və 40 gəmi cəlb ediləcək. Manevrlərin gedişində Baltik regionunda kollektiv müdafiənin təmin edilməsi işlənəcək.

Təlimlərə Almaniyada yekun vurulacaq.

BAKU.WS