Aİ Ukraynaya növbəti hərbi yardımı təsdiqlədi

Avropa İttifaqı (Aİ) Ukraynaya 500 milyon avro həcmində növbəti hərbi yardımı təsdiqləyib.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, bu barədə Aİ Şurasının saytında yerləşdirilmiş bəyanatda bildirilib.
Qeyd olunub ki, üzv ölkələri təmsil edən Aİ Şurası Avropa Sülh Mexanizmi (European Peace Facility) çərçivəsində Ukraynaya növbəti yardımın ayrılması qərarını qəbul edib. Bununla da ittifaqın Ukraynaya hərbi yardımının həcmi 2 milyard avroya çatıb.
Bəyanatda vurğulanıb ki, Aİ bu yardımla Ukrayna Silahlı Qüvvələrinin ölkənin ərazi bütövlüyü və suverenliyini müdafiə etmək, mülki əhalini Rusiyanın davam edən hərbi təcavüzündən qorumaq imkanlarını və müqavimətini daha da dəstəkləməyə çalışır.
Əlavə olunub ki, ayrılan vəsaitdən 490 milyon avro öldürücü silahlara, yerdə qalan məbləğ isə qoruyucu geyimlərə, ilk yardım vasitələrinə və yanacağa xərclənəcək.
Oxşar xəbərlər
Aİ Ukraynaya 500 milyon avroluq maliyyə yardımını təsdiqlədi
Avropa İttifaqı (Aİ) ölkələrinin xarici işlər nazirləri Ukraynaya növbəti maliyyə yardımının göstərilməsini dəstəkləyib. Pul hərbi texnikaya xərclənəcək. BAKU.W...
