SİZİN REKLAM BURADA!
055 213 76 73


Rusiya ordusunun Ukraynaya hücumları zamanı mülki vətəndaşı qətlə yetirən rus əsgəri ömürlük həbs cəzasına məhkum edilib.

BAKU.WS "sitat.info"-ya istinadən xəbər verir ki, Rusiyanın Ukraynaya hücumları davam edərkən, fevralın 28-də Ukraynanın Sumi şəhərində Ukraynalı mülki vətəndaşı qətlə yetirən 21 yaşlı rus əsgəri Vadim Şişimarinə hökm oxunub.

Rusiya əsgəri 62 yaşlı ukraynalı Aleksandr Şelipovu öldürməkdə təqsirli bilinərək ömürlük həbs cəzasına məhkum edilib.

Rus əsgərin dövlət tərəfindən təyin olunmuş vəkili Şişimarinin onunla heç vaxt əlaqə saxlamadığını desə də, Kremlin sözçüsü Peskov Kremlin bu işdən xəbəri olmadığını bildirib.

Şişimarin məhkəmədə təqsirini etiraf edərək, bunu aldığı əmrə əsasən etdiyini deyib: "Mən bunu qəbuledilməz və cəzalandırıla bilən bir hal kimi görürəm. Günahımı inkar etmirəm. İlk əmri Makeev adlı leytenant verib. Əvvəlcə onun əmrini yerinə yetirməkdən imtina etdim. O, yüksək səslə və hədələyici ifadələrlə mənə əmr etdi...Aleksandr Şelipov davamlı olaraq qışqırırdı. Leytenantın əmrinə əməl etdim. Bu hadisədən sonra sağ qalmaq istədim. Döyüşmək istəmədiyim üçün təslim olmağa qərar verdim".

BAKU.WS