SİZİN REKLAM BURADA!
055 213 76 73


Rusiyalı milyarder Roman Abramoviçin Portuqaliyanın Alqarve bölgəsindəki 10 milyon avroluq evinə həbs qoyulub.

BAKU.WS "report"a istinadən xəbər verir ki, bu barədə “Publico” qəzeti məlumat yayıb.

Məlumata görə, Abramoviçin investisiya holdinqinə məxsus “Millhouse Views” MMC bu əmlakı satmağa cəhd etsə də, Portuqaliyanın dövlət bank korporasiyası bu barədə ölkə polisinə məlumat verib.

Portuqaliya Xarici İşlər Nazirliyinin tələbi ilə martın 25-dən əmlakın qeydiyyatı dondurulub.

Qeyd edək ki, Ukraynada müharibə başlayandan sonra Roman Abramoviç, o cümlədən onun "Çelsi" klubu Avropa İttifaqı və Böyük Britaniyanın sərt sanksiyalarına məruz qalıb və maliyyə aktivləri dondurulub.

BAKU.WS