1500 illik Yongqing məbədində yanğın baş verib
Çinin Ciansu əyalətində yerləşən tarixi Yongqing məbədində yanğın hadisəsi qeydə alınıb. Zhangjiagang şəhərindəki 1500 illik məbəd kompleksinin daxilində olan üçmərtəbəli taxta Wenchang köşkündə baş verən yanğın qısa müddətdə nəzarətə alınıb.
BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, yanğının bir ziyarətçinin tütsü və şamları düzgün istifadə etməməsi səbəbindən yarandığı müəyyən edilib.
İlkin açıqlamada bildirilib ki, hadisə zamanı ölən və yaralanan olmayıb. Yanğının baş verdiyi köşkün 2009-cu ildə inşa edildiyi, içərisində isə mədəni irs dəyəri daşıyan hər hansı əsərin olmadığı təsdiqlənib.
Hadisəyə görə məsuliyyət daşıyan şəxslərlə bağlı hüquqi tədbirlərin görüləcəyi, məbəddə oxşar risklərin aradan qaldırılması üçün əlavə təhlükəsizlik tədbirlərinin həyata keçiriləcəyi qeyd olunub.
Oxşar xəbərlər
Qətər Əmiri və Tramp ABŞ-İran münasibətlərini müzakirə ediblər
Qətər Əmiri Şeyx Təmim bin Həməd Al Tani ilə ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı baş tutub. BAKU.WS xəbər verir ki, söhbət zamanı ABŞ və İran...