SİZİN REKLAM BURADA!
055 213 76 73


"Dünya liderləri "Azovstal"dan təxliyəyə kömək etməsələr, dinc əhali və uşaqlar məhv olacaq".

BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Mixaylo Podolyak tviter hesabında yazıb.

Podolyak dünya liderlərini Mariupolda rus işğalçıları tərəfindən bloklanan Azovstaldan “yaşıl dəhliz”in təşkilinə kömək etməyə çağırıb.

"Rusiya "Azovstal"a güclü bombalar atmağa davam edir. Dünya uşaqların öldürülməsini canlı izləyir və susur", - o, qeyd edib.

Xatırladaq ki, səhər saatlarında Rusiya qoşunları Mariupoldakı “Azovstal” zavodunda Ukraynanın mövqelərinə hücuma başlayıb. Hücumdan əvvəl müəssisənin ərazisi güclü bombardmana və artilleriya atəşinə məruz qalıb.

Qeyd edək ki, yüzlərlə Mariupol sakini, o cümlədən uşaqlar bir neçə həftədir ki, "Azovstal" ərazisindəki sığınacaqlarda gizlənir.

BAKU.WS