SİZİN REKLAM BURADA!
055 213 76 73


Blokadaya alınan Mariupolda şəhəri müdafiə edənlərin əsas qalası sayılan "Azovstal" zavoduna rus ordusunun böyük həmləsi başlayıb.

Zavodun ərazisi bombalanaraq, artilleriya və tanklardan atəşə tutulur.

BAKU.WS xəbər verir ki, bu barədə Mariupol merinin müşaviri Petr Andruşenko teleqramda məlumat verib.

"Onlar təkcə "Azovstal"ı deyil, Meotida bulvarından keçən xətt boyunca Levoberejnı rayonunun yaşayış sahəsinə zərbələr endirməkdə davam edirlər." - deyə müşavir bildirib.

Qeyd edək ki, zavodun ərazisinə dinc sakinlərin də sığındıqları bildirilir. 

BAKU.WS
VİDEO