SİZİN REKLAM BURADA!
055 213 76 73


Xarkov vilayətində Ukrayna qoşunları bir neçə yaşayış məntəqəsini Rusiya ordusundan azad edib.

BAKU.WS UNİAN-a istinadla xəbər verir ki, bu barədə Xarkov vilayət Hərbi Administrasiyasının sədri Oleq Sinequbov məlumat verib.

Onun sözlərinə görə, Malaya Roqan istiqamətində artıq yaşayış məntəqələri azad edilib, lakin orada döyüşlər davam edir.

Sinequbov qeyd edib ki, döyüşlər Ukrayna qoşunlarının müdafiə mövqelərini tutduğu İzyum istiqamətində gedir: "Ukrayna Silahlı Qüvvələri Xarkov vilayətini müdafiə etməyə davam edir və bir metr belə geri çəkilmir".

BAKU.WS