SİZİN REKLAM BURADA!
055 213 76 73


Rusiyanın Ukraynada apardığı müharibə nəticəsində 112 uşaq ölüb, 140-dan çoxu da yaralanıb.

BAKU.WS UNİAN-a istinadla xəbər verir ki, məlumatı Ukraynanın Baş Prokurorluğu yayıb.

Bildirilib ki, ən çox zərər görən Kiyev, Xarkov, Donetsk, Çerniqov, Mikolayevsk, Jitomir, Sumı, Xerson vilayələtinin sakinləridir.

Məlumata görə, 489 təhsil müəssisəsi və yaşayış binasına zərər dəyib. Rusiya hərbçilərinin hücumu nəticəsində ən çox məktəb və uşaq bağıçası Donetsk (138), Xarkov (77), Kiyev (41), Mikolayevsk (39), Sumı (33), Xersonda (21) dağılıb.

Rusiya hərbçilərinin fevralın 24-dən martın 18-dək apardıqları hərbi əməliyyat nəticəsində 112 uşaq ölüb, 140-dan çox azyaşlı yaralanıb.

BAKU.WS