SİZİN REKLAM BURADA!
055 213 76 73


Martın 11-i səhər saatlarında yüksək dəqiqlikli uzaqmənzilli silahlar Ukraynanın hərbi infrastrukturuna zərbələr endirib.

BAKU.WS xəbər verir ki, Rusiya Federasiyasının Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, Lutsk və İvano-Frankovskdakı hərbi aerodromlar sıradan çıxarılıb.

Gün ərzində qırıcı təyyarələr və hərbi hava hücumundan müdafiə vasitələri Ukraynaya məxsus üç "Mi-24" helikopterini, beşi "Bayraktar TB2" olmaqla, 8 pilotsuz uçuş aparatını vurub.

Operativ-taktiki və ordu aviasiyası Ukrayna silahlı qüvvələrinin 107 obyektini vurub. O cümlədən altı komanda-idarə mərkəzi və rabitə məntəqəsi, 14 döyüş sursatı və yanacaq-sürtkü materialları anbarı, 11 hərbi texnikanın toplandığı yer hədəfə çevrilib.

Rusiya Federasiyasının Müdafiə Nazirliyi "Forpost" pilotsuz təyyarəsinin dəqiq idarə olunan hərbi sursatlarla Ukrayna ordusunun hərbi obyektinə endirilən raket zərbəsinin də görüntülərini paylaşıb. Rusiya PUA-sı dəqiq idarə olunan sursatlarla təxminən 4000 metr hündürlükdən hədəfi vurub.

BAKU.WS
VİDEO