SİZİN REKLAM BURADA!
055 213 76 73


Ukraynada keçirilən xüsusi əməliyyat zamanı Rusiya ordusu 2203 hərbi infrastruktur obyektini məhv edib.

BAKU.WS xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Müdafiə Nazirliyi məlumat yayıb.

Martın 6-da səhər saatlarında Rusiya Federasiyası Silahlı Qüvvələri Ukrayna Hərbi Hava Qüvvələrinin Starokonstantinov aerodromunu yüksək dəqiqlikli silahların zərbəsi ilə sıradan çıxarıb.

Rusiya Aerokosmik Qüvvələrinin hava hücumundan müdafiəsi isə Jitomir vilayətində 4 ədəd "Su-27", eyni zamanda bir ədəd "MiQ-29", Radomışl rayonunda "Su-27" və "Su-25", Nijin vilayətində isə "Su-25"-ni vurub.

Rusiya qırıcıları həmçinin Kiyev yaxınlığında Ukrayna Silahlı Qüvvələrinə məxsus iki "Mi-8" helikopterini, həmçinin "Bayraktar TB2" də daxil olmaqla, 6 PUA-sını vurub.

BAKU.WS