SİZİN REKLAM BURADA!
055 213 76 73


Rusiya Müdafiə Nazirliyi Rusiya ordusunun Ukraynanın şəhərlərinə heç bir raket, hava və ya artilleriya zərbəsi endirmədiyini iddia edib.

BAKU.WS "RİA Novosti"yə istinadla məlumatına görə, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Ukrayna Silahlı Qüvvələrinin hərbi infrastrukturu, hava hücumundan müdafiə obyektləri, hərbi aerodromlar, aviasiyası yüksək dəqiqlikli silahlarla sıradan çıxarılıb”, - Müdafiə Nazirliyinin rəsmi məlumatında bildirilib.

Həmçinin qeyd olunub ki, Ukraynanın sərhəd xidmətləri Rusiya bölmələrinə heç bir müqavimət göstərmir: “Ukrayna Silahlı Qüvvələrinin hava hücumundan müdafiə sistemləri məhv edilib”.

BAKU.WS