SİZİN REKLAM BURADA!
055 213 76 73


Son 24 saat ərzində Rusiya Aerokosmik Qüvvələrinin döyüş təyyarələri Ukrayna ərazisində 158 hərbi obyekti məhv edib.

BAKU.WS xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, martın 7-də Ukrayna Hərbi Hava Qüvvələrinin Jitomir vilayətindəki Ozernoye aerodromunu yüksək dəqiqlikli uzaqmənzilli silahlarla sıradan çıxarılıb.

Rusiya Aerokosmik Qüvvələrinin qırıcı təyyarələri Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus iki "MiQ-29" və bir "Su-27"-ni havada vurub.

Həmçinin "S-300" zenit-raket kompleksinin 2 diviziyası, 3 ədəd "Buk M-1" özüyeriyən atəş sistemi, 4 komanda məntəqəsi, 2 radar stansiyası, 9 sursat anbarı vurulub.

BAKU.WS