Rusiya vətəndaşı Jerar Depardyedən müharibəyə etiraz

Rusiya vətəndaşı Jerar Depardyedən müharibəyə etiraz
Siyasət 152

Məşhur aktyor Jerar Depardye Rusiya-Ukrayna müharibəsinə münasibət bildirib.

BAKU.WS "TASS" agentliyinə istinadən xəbər verir ki, sənətçi hər iki tərəfin qardaş ölkələr olduğunu bildirib. O, Rusiya ilə Ukraynanı sülhə səsləyib:

"Rusiya və Ukrayna həmişə qardaş ölkələr olub. Bu qardaş müharibəsinin əleyhinəyəm. Müharibəni dayandırın və danışıqlar aparın".

Xatırladaq ki, Jerar Depardye Fransaya etiraz olaraq öz vətəndaşlığından imtina edib. 2013-cü ildə isə Rusiya vətəndaşlığını qəbul edib. Aktyorun etirazına səbəb keçmiş Fransa prezidenti Fransua Ollandın ölkənin ən varlı vətəndaşlarına 75% vergi tətbiq etmək istəməsi olub.

Son xəbərlər