SİZİN REKLAM BURADA!
055 213 76 73


İngiltərənin "Mançester Yunayted" klubunda çıxış edən portuqaliyalı futbolçu Kriştianu Ronaldunun anası Dolores Aveyru Roma Katolik Kilsəsinin başçısı Papa Fransisklə görüşüb.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, o, Roma papasına oğlunun yığmada geyindiyi formanı hədiyyə edib.

Bununla bağlı şəxsi instaqram səhifəsində paylaşım edən Aveyru "Unikal emosiyalara görə təşəkkür edirəm" yazıb.

Qeyd edək ki, Ronaldu bu mövsüm İngiltərə Premyer Liqasında meydana çıxdığı 19 oyunda 8 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

BAKU.WS