13 yaşlı qız sosial şəbəkə trendinin qurbanı oldu - Dezodorantı nəfəsinə çəkdi...
İngiltərənin Leyçesterşir bölgəsində 13 yaşlı qızın təhlükəli sosial şəbəkə trendinə uyaraq həyatını itirdiyi bildirilib.
BAKU.WS xarici mediaya istinadən xəbər verir ki, gənc qızın ailəsi onu yatağında hərəkətsiz vəziyyətdə tapıb.
Araşdırmalar nəticəsində onun "chroming" adlı sosial media dəbinin təsiri ilə məişətdə istifadə olunan dezodorant və oxşar məhsulların buxarını nəfəsinə çəkdiyi məlum olub.
Bu üsul qızın həyatına son qoyub. Hadisə yerinə gələn təcili yardım briqadası bütün müdaxilələrə baxmayaraq 13 yaşlı Tieqan Carmanı xilas edə bilməyib. Ailəsi onun ən azı bir dezodorant spreyi istifadə etdiyini bildirib.
Oxşar xəbərlər
Dünya ölkələri Yeni ilə necə hazırlaşır?
Dekabrın 1-dən etibarən dünyanın müxtəlif ölkələri Yeni il hazırlığına start verib. BAKU.WS xəbər verir ki, şəhərlər rəngbərəng led işıqlarla bəzədilir, mərkə...