VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dekabr ayında 85 yaşı tamam olacaq Roma Papası Fransisk səhhəti ilə əlaqədar olaraq vəzifəsindən gedə bilər.

BAKU.WS "Oxu.az"a istinadən xəbər verir ki, bu barədə İtaliyanın “Libero” nəşri məlumat yayıb.

Mənbə iddia edir ki, Papa Fransisk dörd iyulda bağırsağından əməliyyat olunub və onun mümkün qərarı məhz keçirdiyi sonuncu əməliyyatla əlaqədardır.

Bundan əlavə, Papa Fransisk 2020-ci ilin fevral ayının sonunda, pandemiya başlayan ərəfədə güclü soyuqdəymə keçirib.

BAKU.WS