VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin Marmaris vilayətinin bələdiyyəsinin göstərişi ilə ərazidə yaşayan sakinlər təxliyə edilib.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, hazırda havanın küləkli olması yanğınsöndürənlərin işini çətinləşdirib.

Hava şəraitinə baxmayaraq hadisə baş verən ərazilərin bir hissəsində yanğın lokallaşdırılıb. Yanğının söndürülməsində Türkiyə və Azərbaycandan gedən yanğınsöndürənlər birgə iştirak edir.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə ötən gün Fövqəladə Hallar Nazirliyinin 100 nəfər əməkdaşı Türkiyəyə yollanıb.

BAKU.WS