Alovu söndürməyə çalışan gəncin son görüntüləri hər kəsi kövrəltdi - VİDEO
Türkiyənin 10-dan çox şəhərində baş verən yanğınların qarşısı hələ də alınmayıb.
BAKU.WS xəbər verir ki, Marmaris ərazisində baş verən meşə yanğınlarında alovu ram etməyə çalışan yanğınsöndürənlərə kömək edən könüllülərdən biri 25 yaşlı Şahin Akdemir dünyasını dəyişib.
O, tüstüdən zəhərlənərək vəfat edib. Şahinin cansız bədəni Marmaris Dövlət Xəstəxanasının morquna aparılıb.
Akdemir ölməzdən əvvəl velosipedi ilə su daşıyaraq alovu söndürməyə çalışdığı görüntüləri sosial şəbəkə hesabında yayımlayıb:
"Su daşımağa davam edirik, yenə də yanğınsöndürənlərə su daşıyacağıq, Allah xeyir işlərimizi qəbul etsin”, – deyə Şahin son paylaşımında bildirib. Onun görüntüləri hər kəsi kövrəldib.
Qeyd edək ki, Türkiyənin Antalya, Adana, Aydın, Kahramanmaraş, Karaman, Kilis, Kocaeli, Kütahya, Mersin, Muğla və Osmaniye kimi şəhərlərində gözlənilmədən yanğınlar baş verib. İyulun 28-də başlayan irimiqyaslı alovun qarşısını almaq mümkün olmayıb. Yanğınlar nəticəsində sakinlərdən 4-ü ölüb, 182 nəfər isə müxtəlif dərəcəli yanıq xəsarətləri alıb.
Qalereya
Oxşar xəbərlər
Türkiyədə dəhşətli meşə yanğınlarından ürək ağrıdan GÖRÜNTÜLƏR - VİDEO
Türkiyədə dəhşətli meşə yanğınları davam edir. BAKU.WS xəbər verir ki, meşə yanğınları bu günə kimi Kayseri, Manisa, Kütahya, Balıkesir, Kilis, Kahraman Maraş,...