13,99%-dən ZAMİNSİZ, KOMİSSİYASIZ NAĞD KREDİT

Rusiyalı model İrina Şeyk bu dəfə istirahət fotoları ilə diqqət çəkib.

BAKU.WS xəbər verir ki, aktiv “Instagram” istifadəçisi olan Şeyk çimərlik geyimində ağ-qara şəkillərini paylaşıb.

35 yaşlı İrina görünüşü ilə heç də həmkarlarından geri qalmadığını nümayiş etdirib.

Qüsursuz bədən quruluşu ilə illərə meydan oxuyan 35 yaşlı Şeykin fotoları izləyicilər tərəfindən maraqla qarşılanıb.

Qeyd edək ki, model son zamanlar sosial şəbəkədə ancaq rəfiqələri ilə şəkillərini paylaşır. Bir zamanlar portuqaliyalı futbolçu Kriştiano Ronaldo ilə eşq yaşayan Şeyk hazırda həmin vaxtlarkı populyarlığını itirib.

Zöhrə Pənahi
BAKU.WS
QALEREYA