Ermənidən öz xalqına şərəfsizlik: Hərbçilərin yaxınlarından intim görüntülər istədi

Ermənistanda özünü azərbaycanlı kimi qələmə verərək itkin düşən hərbçilərin yaxınlarından intim foto və video tələb edən şəxs saxlanılıb.
BAKU.WS "Oxu.az"a istinadən xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.
40 yaşlı Gorus sakini müharibədən sonra “Arman Armeni Xachatryan” adlı “Facebook” hesabını “Əziz Muradov”la əvəz edib. Paylaşım və fotolarla itkin düşən hərbçilərin qohumlarını tapıb və onlara yazıb. Belələrindən biri də 14 yaşlı qız olub.
O, özünü azərbaycanlı kimi təqdim edərək itkin düşənlərin əsirlikdə saxlanıldığını və onlarla birbaşa əlaqəsi olduğunu söyləyib. Bundan sonra hərbçilərin yaxınlarından intim foto və ya video tələb edib, əks halda əsirlərə qarşı zorakılıq tətbiq etmək və ya onları öldürməklə hədə-qorxu gəlib.
Oxşar xəbərlər
Ermənistanda özünü azərbaycanlı kimi təqdim edib qızlardan çılpaq şəkillər tələb edən şəxs saxlanılıb
Ermənistanda internet-manyak özünü "Facebook"da azərbaycanlı kimi təqdim edərək İkinci Qarabağ müharibəsində əsir götürülmüş hərbi personal haqqında məlumat ver...
