Ərdoğan: "Şuşaya səfər edəcəyəm" - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfər edəcək.
BAKU.WS xəbər verir ki, bu barədə Ərdoğan özü çıxışı zamanı bildirib. O, əlavə edib ki, səfər zamanı Şuşaya da gedəcək.
“Brüsseldəki proqramımızdan sonra Azərbaycana səfər edəcəyik. Səfər çərçivəsində Azərbaycanın paytaxtı Bakıda İlham Əliyev qardaşımızın qonağı olacağıq.
Oradan isə Şuşa şəhərinə səfər edəcəyik. İşğaldan azad olunan Şuşaya ailəvi səfər edib həm rəsmi görüşlərimizi keçirəcəyik, həm də müxtəlif yerləri ziyarət edəcəyik”, - Ərdoğan bildirib.
Ərdoğan əlavə edib ki, dost və qardaş Azərbaycanın Türkiyənin də verdiyi dəstəklə işğal altında olan torpaqlarını azad etməsi Ermənistan da başda olmaqla bölgədəki bütün tərəflərə yeni imkanlar açır.
Oxşar xəbərlər
İlham Əliyev və Mehriban Əliyevanın Cəbrayıl və Zəngilan səfərindən görüntülər - YENİLƏNİB - VİDEO
Xəbər verildiyi kimi, aprelin 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva Cəbrayıl və Zəngil...