12 avqustda nadir səma hadisələri baş verəcək: Günəş tutulması və meteor yağışı
Yeniliklərdən dərhal xəbərdar olun
Avqustun 12-də dünyanın bəzi bölgələrində tam Günəş tutulması, eyni tarixdə isə Perseid meteor yağışının maksimumuna yaxınlaşması müşahidə olunacaq.
BAKU.WS xəbər verir ki, 12 avqustda Ay Yerlə Günəşin arasına keçəcək. Nəticədə bəzi ərazilərdə Günəş tamamilə Ayın arxasında qalacaq və gündüz saatlarında qısa müddətlik qaranlıq yaranacaq.
Tam Günəş tutulmasını Qrenlandiya, İslandiya və İspaniyanın bəzi ərazilərindən izləmək mümkün olacaq. Avropanın bir sıra bölgələrində isə tutulma qismən müşahidə ediləcək.
Bundan başqa, avqustun 12-dən 13-nə keçən gecə Perseid meteor yağışının maksimumuna yaxınlaşması gözlənilir. Beləliklə, Avropanın bəzi ərazilərində eyni gün ərzində iki fərqli astronomik hadisəni izləmək mümkün olacaq.
Oxşar xəbərlər
ABŞ Ruanda Müdafiə Nazirliyinə qarşı sanksiyalar tətbiq edib
ABŞ Konqo Demokratik Respublikasının (KDR) şərqində fəaliyyət göstərən M23 silahlı qruplaşmasına dəstək verdiyinə görə Ruanda Müdafiə Nazirliyi və bir maliyyə t...