SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyə “AKINCI S-1” adlı yeni pilotsuz uçuş aparatının sınaq uçuşunu keçirib.

BAKU.WS “milliyyet”ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin “Baykar” şirkətinin texniki direktoru, "Bayraktar" pilotsuz uçuş aparatının ixtiraçısı Səlcuq Bayraktar “Twitter” səhifəsində paylaşım edib.

“Qeyd edim ki, “#19Mayıs1919”-un 102-ci il dönümündə uçuşlar uğurla yekunlaşdı”, - deyə S.Bayraktar bildirib.

Onun sözlərinə görə, “AKINCI S-1”in kütləvi istehsalına başlanacaq.

Qeyd edək ki, “Baykar makina” şirkəti istehsal edəcək.

BAKU.WS