Türkiyənin məşhur teleserialı "Kurtlar Vadisi"nin məşhur aktyoru Necati Şaşmaz (Polat Alemdar) həyat yoldaşı Nagehan Kaşıkçıdan rəsmən boşandı.
BAKU.WS "Hürriyyet"ə istinadən xəbər verir ki, 2019-cu ildən davam edən qalmaqallı məhkəmədə bu gün qərar verilib.
Məhkəmə cütlüyün qarşılıqlı təzminat iddiasını rədd edərək, Necati Şaşmaza yalnız uşaq üçün təzminat ödəməyi tələb edib. Onun 8 və 4 yaşlı övladı üçün ödəyəcəyi təzminat aylıq 16 min lirə (3200 manat) olacaq.
BAKU.WS
QALEREYA