VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-ın İsraildəki səfirliyinin Təl-Əviv ofisi viza xidmətlərini dayandırıb.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, bu barədə səfirliyin "Twitter" hesabında məlumat verilib. Bildirilib ki, mövcud təhlükəsizlik vəziyyəti ilə əlaqədar səfirliyin Təl-Əviv şöbəsi gündəlik viza xidmətlərini müvəqqəti dayandırır.

"Gündəlik viza xidmətlərini ən qısa müddətdə bərpa edəcəyik, lakin hazırda müəyyən bir tarix deyə bilmirik", - səfirliyin məlumatında bildirilib.

ABŞ səfirliyi bildirib ki,Qüdsdəki konsulluğun fəaliyyətində dəyişiklik yoxdur.

Xatırladaq ki, mayın 10-dan etibarən İsrail ordusu və "Həmas" arasında gərginlik yaranıb. Bu günə qədər davamedən qarşılıqlı hava zərbələri nəticəsində 139 fələstinli, 11 İsrail vətəndaşı həlak olub.

BAKU.WS