VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Vyetnamın milyonlarla oxucu auditoriyasına malik olan “VOV” xəbər agentliyi, habelə bir sıra xəbər saytları ümummilli lider Heydər Əliyev haqqında məqalələr yayıblar.

BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, yazılarda keçmiş SSRİ-nin süquta uğramasından sonra Azərbaycanda müstəqil dövlətçiliyin yaranmasının Sovet İttifaqının ən nüfuzlu siyasətçilərindən olan Heydər Əliyevin adı ilə birbaşa bağlı olduğu bildirilib.

Qeyd olunub ki, enerji ehtiyatları ilə zəngin olan Azərbaycanda hələ sovet dövründə Heydər Əliyevin rəhbərliyi ilə sürətlə sənayeləşmə həyata keçirilib, bir çox zavod və fabriklər tikilib, Azərbaycan Sovet İttifaqının ən sürətlə inkişaf edən respublikalarından birinə çevrilib.

Müstəqilliyin ilk illərində bir çox problemlərlə üzləşən, bununla da ağır duruma düşən Azərbaycana rəhbərliyə gələn Heydər Əliyev xalqı azərbaycançılıq fəlsəfəsi altında birləşdirərək, problemlərin həll olunmasına və Azərbaycanın inkişaf və tərəqqiyə doğru irəliləməsinə nail olub.

Məqalələrdə vurğulanıb ki, Heydər Əliyevin iqtisadiyyat və xarici siyasət sahəsində apardığı islahatlar, həmçinin “Əsrin müqaviləsi”nin imzalanması və Bakı-Tbilisi-Ceyhan boru kəmərinin tikilməsi Azərbaycanın beynəlxalq aləmdə rolunu əhəmiyyətli dərəcədə artırıb, ölkəni regionun aparıcı dövlətinə çevirib, Azərbaycanın iqtisadi inkişafını və tərəqqisini təmin edib.

Məqalələrdə Heydər Əliyevin olduqca müdrik və praqmatik siyasətçi olaraq bir tərəfdən bölgənin əsas oyunçuları Rusiya və Türkiyə, digər tərəfdən isə ABŞ və Avropa İttifaqı ilə yaxşı münasibətlərin qurulmasına nail olduğu vurğulanıb. Vyetnam KİV-ləri Heydər Əliyevin davamçısı olan Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın Cənubi Qafqaz bölgəsinin aparıcı dövlətinə, ən böyük iqtisadiyyatına çevrildiyini qeyd edib.

BAKU.WS
QALEREYA