Türkiyə-Misir görüşünün nəticələri açıqlandı

06
may
2021
21:27
Türkiyə ilə Misir arasında 8 il sonra dünən reallaşan görüş səmimi və hərtərəfli ab-havada keçib.
BAKU.WS "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bununla bağlı Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb. Məlumata görə, görüşün nəticələrinin analiz olunaraq uyğun qərarlar veriləcək.
"Görüş zamanı ikili mövzularla yanaşı Liviya, Suriya və İraqdakı vəziyyət başda olmaqla bölgədəki problemlər nəzərə alınıb, Şərqi Aralıq dənizində sülh və təhlükəsizliyin bərqərar olunmasının vacibliyi vurğulanıb", - deyə məlumatda bildirilir.
Oxşar xəbərlər
Türkiyə və Misir rəsmiləri Qahirədə görüşdü
Türkiyə və Misir xarici işlər nazirlikləri nümayəndələri arasında siyasi məsləhətləşmələr üçün görüş keçirilib. BAKU.WS "Anadolu" agentliyinə istinadən xəbər ve...