SİZİN REKLAM BURADA!
055 213 76 73


“PayPal” beynəlxalq ödəniş sistemi kriptovalyuta ilə ödəmə funksiyasını işə salacaq.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, bu barədə şirkətin rəsmi açıqlamasında deyilir.

Qeyd olunur ki, yeni funksiya istifadəçilərə kriptovalyuta ilə alış üçün əlavə ödəniş və komissiya ödəmədən avtomatik olaraq rəmzi valyutaya çevirmək imkanı yaradır.

Bütün tranzaksiyalar ABŞ dolları ilə aparılır və şirkətlər tərəfindən standart “PayPal” konvertasiyası nisbətlərində qəbul edilən valyutaya çevrilir.

Bu funksiyadan hesabında ödəmək üçün kifayət qədər kriptovalyutası olan bütün istifadəçilər avtomatik olaraq yararlana biləcək. Bu gündən etibarən yeni xidmət ABŞ-da bütün “PayPal” istifadəçilərinə əlçatan olub.

Bundan əlavə, müştərilərə hesabında saxlanılan valyutadan və balansından asılı olaraq ödəmək üçün kriptovalyuta seçimi (“Bitcoin”, “Litecoin”, “Ethereum” və “Bitcoin Cash”) təmin ediləcək. Hər alış üçün isə yalnız bir növ kriptovalyutadan istifadə etmək mümkündür.
BAKU.WS