VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avropa İttifaqına (Aİ) üzv ölkələrin rəhbərləri təşkilatın “Strateji kompas” adlı ilk hərbi konsepsiya sənədi üzərində çalışmaları sürətləndirmək niyyətindədir.

BAKU.WS report-a istinadən xəbər verir ki, Avropa İttifaqı Şurası üzvlərinin bugünkü bəyanatında müdafiə və təhlükəsizlik sahəsində NATO ilə hərtərəfli əməkdaşlığa davam edərək BMT və əsas regional tərəfdaşlarla əlaqələri gücləndirmək, habelə ABŞ-ın yeni administrasiyası ilə sözügedən sahədə dialoqu da nəzərdə tutan “güclü və iddialı” trans-Atlantik gündəmə dair əməkdaşlıq qurmaq niyyəti ifadə olunur.

Bununla yanaşı, sənəddə qeyd olunur:

“Yüksək nümayəndə (Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə yüksək nümayəndəsi – red.) təhlükəsizlik və müdafiə ilə bağlı Aİ səviyyəli iddiaları daha da irəli aparmaqda bələdçi olan Strateji Kompas istiqamətində səyləri davam etdirməyi təklif edib. Biz də Yüksək Nümayəndəyə Aİ-nin bütün alətlərini işə salaraq üzv dövlətlərlə birgə Strateji Kompasla bağlı işləri irəli apararaq 2022-ci ilin mart ayınadək başa çatdırmağı tapşırdıq”.

BAKU.WS