SİZİN REKLAM BURADA!
055 213 76 73


ABŞ-ın hazırkı prezidenti Donald Trampın minlərlə tərəfdarı Kapitoli yaxınlığında etiraz aksiyaları təşkil edib.

BAKU.WS xəbər verir ki, Trampın tərəfdarları daha sonra konqresmenlərin səsverməsinin nəticələri və demokratların namizədi Co Baydenin qalib gəlməsini təsdiqlənəcək binaya daxil olublar.

Baş verən olay ingilislərin 1814-cü ildə İngiltərə-Amerika müharibəsindəki hücumundan sonra ABŞ Konqres binasına edilən ilk hücum kimi tarixə düşüb.

1. Çərşənbə günü on minlərlə Donald Trampın tərəfdarı Vaşinqtonda toplandı.

2. Mitinqdə çıxış edən ABŞ Prezidenti nümayişçiləri Konqresə getməyə çağırdı.

 

3. Nümayişçilər Kapitoli binasına girməyə çalışdılar.

 

4. Tramp tərəfdarları binanı mühasirəyə aldılar. İnsanlar divarlara dırmaşaraq binanın eyvanlarına və birbaşa girişinə daxil olublar.

 

5. Hüquq-mühafizə orqanları etirazçıları dağıtmaq üçün gözyaşardıcı qaz və səs bombasından istifadə etdilər.

 

6. Amerika Birləşmiş Ştatları Hərbi Hava Qüvvələrinin veteranı olan bir qadın ağır yaralandı və daha sonra xəstəxanada öldü.

 

7. Seçkilərin nəticələrini nəzərdən keçirən senatorlar və Nümayəndələr Palatasının üzvləri təcili olaraq təxliyə edildi.

 

8. ABŞ Konqresinin binasına daxil olan etirazçılar özlərini dinc apararaq selfi çəkdirdilər və baş verənləri telefonlarına çəkdilər. Bir neçə gözətçi baş verənlərə müdaxilə etmədi.

 

9. Tramp Vaşinqtondakı etirazçıları dinc hərəkət etməyə və evlərinə getməyə çağırdı. Öz növbəsində, ABŞ-ın yeni seçilmiş prezidenti Co Bayden iğtişaşçıları geri çəkilməyə və "demokratiyaya yol verməyə" çağırdı.

 

10. Axşam saatlarında hüquq-mühafizə orqanları Konqres binasını etirazçılardan azad etməyi bacardı. Polis Vaşinqtondakı etiraz aksiyaları zamanı ən az 52 nəfərin nəzarətə alındığını bildirdi.

BAKU.WS