SİZİN REKLAM BURADA!
055 213 76 73


Rusiyada dəhşətli hadisə yaşanıb.

BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, alkoqol düşkünü olan ana-ata övladını susuzluqdan öldürüb.

Hadisəni qonşular aşkarlayıblar. Belə ki, onlar pis qoxu hiss edərək polisə məlumat veriblər.

Polislər evə girdikdən sonra dəhşətli mənzərə ilə qarşılaşıblar. Onlar 3 uşaqdan birinin cansız bədənini, digər iki uşağı isə halsız vəziyyətdə tapıblar.

Məlum olub ki, uşağın ölümünə səbəb susuzluq olub.

Evdə tapılan 33 yaşlı ata və 25 yaşlı ana polisə aparılıb.

BAKU.WS
VİDEO