SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyənin İzmir bölgəsində yenidən zəlzələ baş verib.

BAKU.WS “haberler”ə istinadən xəbər verir ki, Egey dənizinin Kuşadası körfəzi sahillərində 4,8 bal gücündə yeraltı təkan qeydə alınıb.

Zəlzələ əhali tərəfindən ətraf bölgələrdə də hiss edilib.

Hadisə zamanı dağıntı və xəsarət alanlar barədə məlumat verilməyib.

Xatırladaq ki, oktyabrın 30-da Türkiyənin İzmir şəhərində 6,6 bal gücündə zəlzələ olub. Nəticədə 115 nəfər ölüb, çox sayda yaralı qeydə alınıb.

BAKU.WS
VİDEO