SİZİN REKLAM BURADA!
055 213 76 73


Qarabağın erməni işğalından azad olunması türkiyəli məşhurların da sevincinə səbəb olub.

BAKU.WS xəbər verir ki, qələbəmizə öz qələbələri qədər sevinən türkiyəli məşhurlar sosial şəbəkə hesabında da paylaşım ediblər.

İfaçı və bəstəkar Sinan Akçıl Xocalı sakinləri və müzəffər Ordumuzun şəklini yerləşdirərək üzərinə "Sən daim yaşa Azərbaycan, intiqam gec də olsa alınır" kimi yazılar qeyd edib.

Gənc müğənni Ece Seçkin isə Azərbaycan və Türkiyə bayraqlarını paylaşaraq "Yol ver Türkün şanlı bayrağına. Qarabağ bizimdir" postunu paylaşıb.

Aktyor Oktay Kaynarca da Azərbaycanı qələbə münasibəti ilə təbrik edən məşhurlar sırasında olub. O, "Instagram" hesabının hekayə bölümündə Azərbaycan, Türkiyə və Pakistan bayrağı yer alan şəklin üzərinə "Gözün aydın Azərbaycan. Mübarizəyə davam" kimi sözlər yazıb.

Müğənni Ebru Yaşar hekayə bölümündə üçrəngli bayrağımızı paylaşaraq üzərinə "Can Azərbaycan, zəfərin mübarək" sözlərini yazıb.

Müğənni Rafet El Roman hekayə bölümündə Azərbaycan bayrağını paylaşaraq üzərinə “Qarabağ Azərbaycandır!” sözlərini yazıb.

Müğənni Murat Boz hekayə bölümündə üç rəngli bayrağımızı paylaşaraq üzərinə “Vətən torpaqlarını geri alan Azərbaycan xalqını şanlı Azərbaycan ordusunu ürəkdən təbrik edirəm” sözlərini qeyd edib.

Müğənni Ebru Gündeş də Azərbaycan bayrağını hekayə bölümündə yerləşdirib.

BAKU.WS
QALEREYA