SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyənin keçmiş Baş naziri Məsud Yılmaz 73 yaşında vəfat edib.

BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə onun həyat yoldaşı yerli mətbuata məlumat verib.

Qeyd edək ki, M.Yılmaz 1947-ci ildə İstanbulda anadan olub. O, 2 ildir ağ ciyər xərçəngindən əziyyət çəkirdi.

Türkiyənin “Ana Vətən” partiyasının qurucularından biri olan M.Yılmaz ölkəsinin baş naziri, xarici işlər naziri, mədəniyyət və turizm naziri vəzifələrində çalışıb.

BAKU.WS
VİDEO