1 aylıq körpəsinin bezinə narkotik gizlədən ana həbs edildi

1 aylıq körpəsinin bezinə narkotik gizlədən ana həbs edildi
Dünya 56

Türkiyədə 1 aylıq körpəsinin bezinə narkotik maddə gizlətdiyi müəyyən edilən Dudu Nantu həbs edilib. Onun atası Kasap D. isə məhkəmənin qərarı ilə nəzarətdə saxlamaq şərti ilə azadlığa buraxılıb.

BAKU.WS xəbər verir ki, yerli polis Narkotiklə Mübarizə Şöbəsinin əməkdaşları şəhərə narkotik gətirilərək satılacağı barədə məlumat əldə ediblər. Aparılan istintaq zamanı şübhəlilər olaraq Dudu Nantu və atası müəyyən edilib.

Keçirilən əməliyyat zamanı həm evdə, həm də avtomobildə axtarış aparılıb. Nəticədə Dudu Nantunun körpəsinin bezinə gizlədilmiş narkotik maddə tapılıb. Hər iki şəxs saxlanılaraq istintaqa cəlb olunub.

Məhkəməyə təqdim olunan şübhəlilərdən Dudu Nantu həbs olunub, Kasap D. nəzarət altında sərbəst buraxılıb.

Araşdırmalar davam edir.

Son xəbərlər