1,8 milyon qazandı, amma işdən ÇIXARILDI – SƏBƏB

1,8 milyon qazandı, amma işdən ÇIXARILDI – SƏBƏB
Dünya 85

Rusiyada dövlət qurumunda çalışan bir əməkdaş bank hesabına mərc oyunlarından əldə edilən təxminən 1,8 milyon rubl köçürüldüyünə görə işdən çıxarılıb.

BAKU.WS xəbər verir ki, əməkdaş bu gəlirləri gəlir bəyannaməsində göstərməyib. O isə mərc oyunlarında iştirak etmədiyini, hesabının və bank kartının həmkarı tərəfindən istifadə olunduğunu iddia edib.

Lakin araşdırma zamanı müəyyən edilib ki, vəsaitlər onun şəxsi bank hesabına daxil olub və qanunvericiliyə əsasən həmin gəlirləri bəyan etmək məhz hesab sahibinin öhdəliyi idi. Bundan əlavə, əməkdaş həyat yoldaşının aldığı 11,5 min rubl məbləğində sosial ödənişi də bəyannamədə qeyd etməyib.

Nəticədə bu hallar korrupsiyaya qarşı tələblərin pozulması kimi qiymətləndirilib və əməkdaş "etimadın itirilməsi" əsası ilə vəzifəsindən azad olunub.

O, məhkəmədə qərardan şikayət etsə də, məhkəmə işəgötürənin mövqeyini qanuni hesab edib. Qərarda vurğulanıb ki, şəxsi bank hesabına daxil olan vəsaitlərə görə məsuliyyət hesab sahibinin üzərinə düşür və kartın və ya hesabın üçüncü şəxs tərəfindən istifadə olunması onu bu öhdəlikdən azad etmir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər