VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Koronavirus xəstəliyini simptomsuz keçirənlərin ağciyərlərində zədələnmə aşkarlanıb.

BAKU.WS “Report”a istinadən xəbər verir ki, bunu “Diamond Princess” kruiz gəmisindəki koronavirus daşıyıcılarının kompüter tomoqrafiyasının nəticələrini araşdıran yaponiyalı alimlər açıqlayıblar.

Araşdırmanın nəticəsində bildirilib ki, gəmidə koronavirusa yoluxmuş 104 nəfərdən (yaşı 25-dən 92-dək olan şəxslər, orta yaş 62) 76-da xəstəlik simptomsuz keçib. Bununla belə, xəstəliyi yüngül keçənlərin əksəriyyətinin ağciyərlərində dəyişiklik hiss edilib. Onların tənəffüs orqanlarında “tutqun şüşə effekti”nə rast gəlinib.

Yaponiyalı alimlər belə nəticəyə gəliblər ki, insanlarda koronavirus xəstəliyi simptomsuz keçsə də, onların ağciyərləri yenə də zədələnir.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 209 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 1 455 000-i ötüb. Bunların 309 818 nəfəri sağalıb, 83 664 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

BAKU.WS