Zelenskinin təyyarəsi Ankaradan Tiranaya yola düşüb

Ukrayna Prezidenti Volodimir Zelenskinin təyyarəsi Ankaradakı Esenboğa Beynəlxalq Aeroportundan havaya qalxaraq Albaniyanın paytaxtı Tiranaya yola düşüb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, "AirNav" aviasiya resursunun saytında təqdim olunmuş məlumata görə, prezident təyyarəsinin bir neçə saat ərzində Albaniyanın paytaxtına çatacağı gözlənilir.
Zelenski Ankaraya günorta saatlarında gəlmiş və türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşmüşdü. O, mayın 16-da Ərdoğanla birlikdə Tiranada keçiriləcək və 40-dan çox ölkə liderinin iştirak edəcəyi Avropa Siyasi Birliyi Sammitində iştirak edəcəyini bildirmişdi.
Oxşar xəbərlər
Qohum evlilikləri ilə bağlı qadağa əvvəlcədən nişanlı olanlara da aiddir?
Qohum evlilikləri tarixə qovuşur. Dəyişikliyə əsasən, nikahın bağlanmasına mane olan halların sırasına qardaş və bacıların ümumi bioloji baba və nənəsi olan uşa...
